Başlıcaİctimaiyyət

İlk erməni loukosteri “Fly One Armenia” üçüncü təyyarəni alıb

Ermənistanın “Fly One Armenia” aviaşirkətinin parkı doldurulur, şirkət təyyarələrin sayını daha da artırmaq imkanını nəzərdən keçirir. Bunu “Fly One Armenia” şirkətinin İdarə Heyətinin sədri Aram Ananyan bildirdi.

“Bu, mütləq həm uçuşların sayının artmasına, həm də coğrafiyanın genişlənməsinə töhfə verəcək. Hazırda aviaşirkətin iki 180 yerlik Airbus A320 təyyarəsi var, bu təyyarələrə bir Airbus A319 təyyarəsi də qoşulacaq”, – Ananyan bildirib.

Aram Ananyan yay uçuş mövsümündə, hava daşımalarına tələbatın artdığı vaxtlarda yeni təyyarənin alınmasına əhəmiyyət verib.

“Bu baxımdan biz sərnişinlərimizə sərfəli xidmətlər göstərə biləcəyik”, – deyə o vurğuladı.

Daha çox göstər
Back to top button