
İyunun 5-11-də Hankavanda Qabaqcıl Texnologiyalar Müəssisələri İttifaqının (QTMİ) ehtiyatda olanların məşqlərinin hazırlıq proqramı çərçivəsində bu sahə üzrə yüzlərlə mütəxəssis texnohərbi-məşq toplanışında iştirak edir.
QTMİ-dən NEWS.am-a verilən məlumata görə, layihənin məqsədi Ermənistanın hərtərəfli müdafiə və təhlükəsizlik sistemi çərçivəsində sektorun ehtiyat sistemini inkişaf etdirmək qabiliyyətini qiymətləndirməkdir.
Bir həftəlik təlimlər müasir hərbi-texnoloji prinsiplərin maksimum tətbiqi ilə həyata keçirilir. Proqramın icrası nəticəsində hərbi-texnoloji potensialın maksimum cəlb edilməsi ilə Ermənistanın təhlükəsizliyinə yönəlmiş erməni xalqının yeni iştirakçı formatı yaradılacaq.
Layihə QTMİ tərəfindən ER Müdafiə və Yüksək Texnologiyalar Sənayesi nazirlikləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.







