ArtsaxBaşlıca

Beqlaryan Əliyevə cavab verib:  “Bəli, Dağlıq Qarabağ mövcud deyil, çünki Artsax Respublikası mövcuddur”

Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan Azərbaycan prezidenti İlham Əliyevin  Artsaxla bağlı növbəti saxta bəyanatlarına cavab verib. Alınan məlumata görə, Beqlaryan öz “Telegram” səhifəsində xüsusilə yazıb:

“Bəli, Dağlıq Qarabağ mövcud deyil, çünki Dağlıq Qarabağ (Artsax) Respublikası mövcuddur, o, beynəlxalq hüquqlu subyektidir, baxmayaraq ki,beynəlxalq səviyyədə rəsmən tanınmayıb.

“Azərbaycan-Qarabağ münaqişəsi həll olunmayıb. Azərbaycan Artsaxın yerli xalqının öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququnu nəzərə almayana qədər həll olunmayacaqdır” – deyərək Beqlaryan yazıb.

Artsax dövlət nazirinin fikrincə, Əliyev daha yaxşı olardı ki, Azərbaycan Konstitusiyasının ona verdiyi səlahiyyətlərin vicdanla yerinə yetirilməsi, öz vətəndaşlarının (o cümlədən ləzgilərin, talışların, avarların, tatarların və s. azlıqlar) ermənilərin hüquqlarından “narahat olmaq” əüçün daha çox düşünəydi.

“Bəlkə, Əliyev birdən Sovet Azərbaycanında 500 mindən çox erməninin başına gələnləri xatırlayacaq. Azərbaycanın işğal etdiyi Artsax ərazilərində hətta bir erməni  varmı?”- deyərək Beqlaryan yazır.

Daha çox göstər
Back to top button