ArtsaxBaşlıca

David Babayan: “Biz sona qədər dayanacağıq, qırmızı xətlərin qırılmasına heç vaxt imkan verməyəcəyik”

Artsax Azərbaycanın tərkibində ola bilməz və olmayacaq da. Artsaxın itirilməsi geosiyasi mənzərədə gözlənilməz, əsaslı dəyişikliklərə gətirib çıxaracaq, bundan sonra tamamilə fərqli, qlobal tarazlıq yaranacaq.

Bu haqda Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan Ermənistan Respublikasında Artsax Respublikasının Daimi nümayəndəliyində jurnalistlərlə görüşdə bildirib.

Onun fikrincə, geosiyasət istəsə də, istəməsə də öz qaydaları var. Geosiyasət tarazlıqdır, bu və ya digər güc mərkəzinin müvafiq reaksiyasıdır.

“Biz geosiyasət dövrünə qədəm qoymuşuq, burada ideyalar və normalar təəssüf ki, ikinci dərəcəli, hətta üçüncü dərəcəli olub, lakin bu o demək deyil ki, biz öz keçmişimizi və bu günümüzü bilməməliyik. Çünki bizim ən böyük problemimiz  bizik”- deyərək Babayan həmin yolda prinsipyallığı qeyd etdi.

“Hər şey bizdən asılıdır, yəni hansı siyasət yeridəcəyik. Biz sona qədər dayanacağıq, o qırmızı xətlərin pozulmasına heç vaxt, qətiyyən  imkan verməyəcəyik”  – deyərək o əlavə edib.

Daha çox göstər
Back to top button