BaşlıcaSiyasət

N saylı hərbi birləşmənin hərbi hissələrindən birinin rəhbərliyinin iştirakı ilə qərargah məşğələləri keçirilib

İyunun 21-də komandir heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi və kəskin dəyişən vəziyyət şəraitində məqsədyönlü qərarların qəbul edilməsi məqsədilə N saylı hərbi birləşmənin hərbi hissələrindən birinin rəhbərliyinin iştirakı ilə qərargah məşğələləri keçirilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin qeyd olunub ki, iyunun 21-də N saylı hərbi birləşmənin hərbi hissələrindən birinin hərbi qulluqçuları ilə döyüş atışlı atəş təlimi keçirilib.

Hərbi qulluqçulara təhlükəsizlik qaydalarına riayət edilməsi tapşırılıb. Atəş hazırlığı, xidməti silahlardan atəş açma bacarıqları yoxlanılıb.

Daha çox göstər
Back to top button