Başlıcaİctimaiyyət

Bayden ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə namizədin adını açıqlayıb

ABŞ prezidenti Co Bayden ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə Kristina Kvienin namizədliyini irəli sürüb.

Kristina Kvien 2019-cu ildən ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edir. 2016-cı ildən 2019-cu ilin aprel ayına kimi o, Parisdəki səfirlikdə ABŞ-ın missiya rəhbərinin müavini və iqtisadi müşaviri vəzifələrində çalışıb.

Diplomatik fəaliyyəti dövründə ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

Kvien eyni zamanda ABŞ Milli Təhlükəsizlik Şurasının, Aİ, Ukrayna və Belarusun direktoru olub.

Daha çox göstər
Back to top button