Başlıcaİctimaiyyət

Yerevanda fransız estrada ulduzu Zazın konserti olacaq

İyunun 25-də “HAYA” festivalı çərçivəsində fransız estrada ulduzu Zazın Yerevandakı ilk konserti baş tutacaq.

Festivalın növbəti qonağı dünya şöhrətli rep musiqiçisi 50 Cent olacaq. İyulun 9-da isə Led Zeppelin Symphonic-in eksklüziv gecəsi keçiriləcək. Əfsanəvi qrupun musiqisini ən yaxşı Britaniya rok qrupu və simfonik orkestrinin müşayiəti ilə London West Enddən olan üç fenomenal müğənni ifa edəcək.

Ən populyar hitləri də daxil olmaqla cəmi 25 mahnı təqdim olunur: Whole Lotta Love, Black Dog, Kashmir, Rock & Roll, Dazed & Confused, Stairway to Heaven. Layihə əfsanəvi qrupun üzvlərinin dəstəyi ilə yaradılıb.

Daha çox göstər
Back to top button