
Azərbaycan dəmir yolunun tikintisinə başlamaqla bağlı razılaşmadan imtina edib.
Bu haqda Nikol Paşinyan mətbuat konfransı zamanı kommunikasiyaların bloklanması məsələsinə toxunaraq qeyd edib..
“Brüsseldə biz Azərbaycan prezidenti ilə dəmir yolunun tikintisinə başlanılması ilə bağlı razılıq əldə olunduğunu bildirdik. Lakin Azərbaycan faktiki olaraq bu razılaşmadan imtina etdi.
Bundan sonra əldə olunmuş razılaşmaların qeydə alınması yazılı şəkildə təklifi verildi ki, bu da üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçukun təqdim etdiyi yazılı sənəd idi.
Ermənistan tərəfi onu imzalamağa hazır olduğunu bildirmişdir, lakin Azərbaycan tərəfi bundan da imtina etdi”- deyərək Paşinyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi avtomobil və dəmir yollarının açılması ilə bağlı Ermənistan tərəfinin təklif etdiyi paket variantını da rədd edib.
Baş nazir xatırladıb ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan ərazisindən keçən yolların Laçın dəhlizi ilə eyni məntiqlə işləməli olduğu barədə bəyanatının Ermənistan üçün qəbuledilməz olduğunu bildirib.
“Üçtərəfli bəyanatda bir dəhlizdən bəhs olunur və bu, Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizidir. Məsələ ondadır ki, Azərbaycanın Qərb rayonlarının Naxicevanla nəqliyyat əlaqəsi yaratmaq imkanı olmalıdır”- deyərək Paşinyan bildirib.
O, qeyd edib edib ki, Azərbaycanın çıxışı böyük problemdir. Beynəlxalq ictimaiyyət bəyan edir ki, Ermənistan həmişə maksimum konstruktiv olmağa çalışır, lakin buna cavab olaraq biz Azərbaycanın daim aqressiv ritorikasının şahidi oluruq.
Paşinyan əsas fikir ayrılığının kommunikasiyalarla bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, yoldan istifadənin sərhədlərini keçməyin hüquqi prosedurları ilə bağlı hələ tam razılığa gələ bilmirlər.
Baş nazir əlavə edib ki, praktikada 3-4 variant var və onlardan biri seçilməlidir.







