BaşlıcaSiyasət

Anna Vardapetyan ER Baş prokuroru seçilib

Parlamnet gizli səsvermə yolu ilə Anna Vardapetyanı ER Baş prokuroru vəzifəsinə seçib.

Alınan məlumata görə, Vardapetyanın namizədliyi “Kağakatsiakan paymanagir” (Mülki müqavilə) fraksiyası tərəfindən irəli sürülüb.

Səsvermədən sonra hesablama komissiyasının sədri Narek Babayan bildirib ki, parlamentin 107 deputatının səsverməsində 70 deputat iştirak edib, onların hamısı onun  lehinə səs verib.

Baş prokurorun seçilməsi ilə bağlı məsələnin müzakirəsində iki müxalifət fraksiyasının deputatları iştirak etməyiblər.

Parlamentin sədri Alen Simonyan məlumat verib ki, Baş prokuror öz vəzifəsinə sentyabrın 15-də keçiriləcək parlament iclasında and içməklə başlayır.

Xatırladaq ki, Anna Vardapetyan 2020-ci il martın 2-dən Baş nazir köməkçisi vəzifəsini icra edir.

ER Baş prokuroru Artur Davtyanın səlahiyyət müddəti sentyabrın 15-də başa çatır. Baş prokuror parlamentin səlahiyyətli Daimi Komitəsinin təklifi ilə ümumi səslərin azı beşdə üçünün səsi ilə altı il müddətinə  parlament tərəfindən seçilir.

Daha çox göstər
Back to top button