BaşlıcaSiyasətTəhlil

Türkiyə və Azərbaycan öz proqramına legitimlik vermək üçün əlverişli beynəlxalq vəziyyətdən istifadə edir: Ərəbşünas

Azərbaycan və Türkiyə “Zangezur dəhlizi”nə çatmaq üçün əlverişli şəraitdən istifadə etməyə çalışır. Bunu “NEWS.am”ə ərəbşünas Armen Petrosyan Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirlərinin bir neçə gün əvvəl Bakıda keçirilən ilk görüşünə toxunaraq bildirib.

“44 günlük müharibə başa çatdıqdan sonra “Zangezur dəhlizi” adlanan proqramın həyata keçirilməsi Türkiyə-Azərbaycan gündəmində olan məsələlərdən biri idi. Bu məsələ münaqişənin bütün komponentlərində əsas əhəmiyyət kəsb edirdi. Müharibədən sonra Türkiyə mətbuatında yazılanları indi xatırlayıram. Müharibə onlar üçün yolu əldə etmək fürsəti idi. Sonralar Azərbaycan prezidenti tərəfindən “Zangezur dəhlizi” adlandırılıb. 2021-ci ilin yanvar ayında müharibədən sonra ilk dəfə üçtərəfli görüş keçirilərkən bunun reallığa çevrilməsinə çalışmaq üçün baş nazirin müavinləri səviyyəsində komissiyanın yaradılması barədə razılıq əldə olundu. Amma aydındır ki, hüquqi əsaslar heç də Azərbaycan tərəfinin maraqlarına uyğun deyildi, çünki həm Azərbaycan, həm Türkiyə hər hansı üçüncü aktyorun nəzarətindən olmayan bir yol tapmağa çalışırlar. Görünən odur ki, son görüşlər zamanı bütün ölkələrin suverenliyinə əsaslanan, beynəlxalq, gömrük və sərhəd prinsiplərinə uyğun keçidə əsaslanan yollar barədə danışıqlar aparılır. Hansı ki, Azərbaycan tərəfinin maraqlarına uyğun deyil. Həm Azərbaycanın, həm də Türkiyənin öz gündəliyi var, onlar öz imkanları ilə həmin gündəmə nail olmağa çalışırlar” – deyə Petrosyan vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna böhranı həm Azərbaycana, həm də Türkiyəyə öz gündəmlərini irəli sürmək üçün yeni imkan verib.

“Onlar öz proqramlarına legitimlik vermək üçün əlverişli beynəlxalq vəziyyətdən istifadə etməyə çalışırlar” – deyə Petrosyan bildirib.

Daha çox göstər
Back to top button