ArtsaxBaşlıca

Artsax Pezidenti: “Azərbaycan daxilində hər hansı status Artsax üçün qəbuledilməzdir. Məqsədimiz müstəqilliyin tanınmasıdır”

İyunun 30-da Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan parlament iclasında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il proqramının icrası prosesini, nəticələri, eləcə də proqramı təqdim edən illik məruzə ilə çıxış edib.

Ölkə Prezidenti respublikanın həyatının müxtəlif sahələrində görülən işlərə yekun vurdu, təhlükəsizlik, xarici-daxili siyasi, sosial-iqtisadi önəmlikləri və görüləcək işləri açıqladı.

Artsaxın  Prezidenti çıxışında qeyd edib ki, 2021-ci il ölkə üçün müharibənin nəticələrinin aradan qaldırılması, normal həyatın bərpası ili olub.

2022-ci ildə görüləcək işlərə toxunan Arayik Harutyunyan vurğuladı ki, Artsax Respublikası hökuməti Artsaxın təhlükəsizliyinə və sosial-iqtisadi inkişafına yönəlmiş işləri ardıcıl olaraq davam etdirir.

“Məqsədimiz birmənalıdır və mövqelərimiz dəyişməzdir – Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun qeyd-şərtsiz və qeyri-məhdud şəkildə həyata keçirilməsinə və tanınmasına nail olmaqdır

Münaqişə sülh yolu ilə həll edilməlidir, lakin istənilən status çərçivəsində Azərbaycan  tərkibində qəbuledilməzdir” – deyə o bildirib.

Biz Artsax xalqının təhlükəsizlik zəmanətlərinin təmin edilməsində Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsi üçün lazımi şəraitin mövcudluğuna böyük əhəmiyyət veririk.

Münaqişənin yekun və hərtərəfli həllinə qədər Rusiya qoşunlarının qeyri-müəyyən müddətə yerləşdirilməsi və sülhməramlı heyətin sayının əhəmiyyətli dərəcədə artırılması haqqında dəfələrlə danışmışıq” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button