BaşlıcaSiyasət

DQ məsələsi ilə bağlı ATƏT formatlarının işinə mane olması ATƏT-in fundamental prinsiplərini və öhdəliklərini bir daha təsdiq etməyin zəruriliyini sübut edir: Vahe Gevorgyan

İyunun 28-29-da ATƏT-in illik Təhlükəsizliyə Baxış Forumu keçirilib. Forumda ER xarici işlər nazirinin müavini Vahe Gevorgyan da çıxış edib. Bu barədə ER XİN məlumat yayır.

“Azərbaycan tərəfindən 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş atəşkəs rejiminin davamlı şəkildə pozulması, bu ilin martında Artsaxda humanitar böhrana səbəb olmaq üçün Azərbaycanın atdığı addımlar, münaqişənin həlli üçün yaradılmış ATƏT formatlarının işinə maneçilik törədilməsi olması ATƏT-in fundamental prinsiplərini və öhdəliklərini bir daha təsdiq etməyin zəruriliyini sübut edir.

ATƏT-in Minsk Qrupunun həmsədrlik formatını dəstəklədiyini bildirən xarici işlər nazirinin müavini sonuncunun Artsax xalqının hüququnun, o cümlədən öz gələcəyini təyin etmək hüququnun həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş fəaliyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas məqsədi kimi vurğulayıb.

Konfrans çərçivəsində nazir müavini Vahe Gevorqyan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb. Qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər müzakirə olunub”- deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button