BaşlıcaSiyasət

Türkiyə rəsmilərinin prosesi Azərbaycanla koordinasiya etdikləri barədə açıqlamaları qəribədir: Rubinyan

Ermənistanın Ermənistan-Türkiyə normallaşması prosesində xüsusi nümayəndəsi, Parlamentin vitse-sədri Ruben Rubinyan Türkiyənin müxtəlif rəsmilərinin prosesi Azərbaycanla əlaqələndirmələri barədə açıqlamalarını qəribə hesab edir. “Armenpress”in məlumatına görə, bu barədə Ruben Rubinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başlayandan Ermənistan çox konstruktiv olub. Ermənistanın siyasi iradəsi var və tezliklə normallaşmaya nail olmaq üçün bu iradə nümayiş etdirib. Prosesin uğuru Türkiyənin müvafiq konstruktivliyindən və siyasi iradəsindən asılıdır. Gördüyünüz kimi, hələlik çox da irəliləyiş yoxdur” – deyə Rubinyan bildirib.

Rubinyan bir daha təsdiqləyib ki, sərhədin yenidən delimitasiyası məsələsi müzakirə olunmur.

“Türkiyənin müxtəlif rəsmilərinin Azərbaycanla prosesi koordinasiya etdikləri və ya razılaşdıqları barədə açıqlamaları bir az qəribədir. Amma bu cür proseslərdə ən vacibi siyasi iradədir, əgər o siyasi iradə olarsa, qalanları çox asan həll olunan məsələlərdir”,- deyə o qeyd edib.

Rubinyan Türkiyə hakimiyyətinin “Zangezur dəhlizi” ilə bağlı açıqlamalarına toxunaraq deyib: “O bəyanatlar Ermənistan-Türkiyə normallaşması prosesinə heç bir töhfə vermir, bəlkə də əksinə, əngəl törədir”.

Daha çox göstər
Back to top button