
ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu gün Nur-Sultanda MDB Elektrik Enerjisi Şurasının 60-cı iclasında iştirak edib.
MDB ölkələrinin enerji sahəsində əməkdaşlıq planında nəzərdə tutulan tədbirlərin gedişi, eləcə də bərpa olunan enerji və enerji səmərəliliyi ilə bağlı cari məsələlər müzakirə edilib.
İclasda elektrik enerjisi şurası icra komitəsinin illik hesabatı, strukturun fəaliyyəti ilə bağlı digər məsələlər təqdim olunub.
MDB Enerji Şurasının 60-cı iclasında Ermənistan, Rusiya, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Tacikistanın enerji sektorunun səlahiyyətli orqanlarının nümayəndələri iştirak ediblər.







