
Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin hesablamalarında milli valyutalarla ödənişlərin payı bu il 80 faizə çata bilər.
Bu barədə iyulun 20-də keçirilən brifinqdə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İa Malkina bildirib.
2021-ci ildə milli valyuta ilə ödənişlər 73,5 faiz təşkil edib.
“Qeyd etməliyəm ki, 2021-ci ildə qarşılıqlı hesablaşmalarda milli valyuta ilə ödənişlər 73,5 faiz təşkil edib. Ekspert hesablamalarına görə, bu il 80 faizə çata bilər”, – deyə Malkina bildirib.
Qeyd olunub ki, iyulun 22-də yüksək səviyyəli işçi qrupun iclasında İttifaq dövlətlərinin iqtisadiyyatlarının sabitliyinin artırılması planlarının müzakirəsi planlaşdırılır.







