
Hindistan mətbuatı Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığına dair hazırkı danışıqlar barədə diqqətəlayiq məlumatlar dərc edib.
Alınan məlumata görə, Hindistanın onlayn dövri nəşri DNA yazıb ki, Ermənistan Hindistandan pilotsuz təyyarələrin və digər silahların alınması ilə bağlı danışıqlar aparır.
Hindistan mətbuatının məlumatına görə, iyun ayında Müdafiə nazirliyini təmsil edən nümayəndə heyəti bu məqsədlə Hindistana gedib və hindistanlı tərəfdaşlarla görüşübdür.
“Ermənistan Azərbaycanla müharibədən sonra hərbi texnika üçün Hindistana üz tutur” sərlövhəli məqalədə Hindistan qəzeti anonim bir Hindistan rəsmisinin verdiyi məlumata istinad edərək, Ermənistan nümayəndə heyətinin Hindistanda silah satın aldığı siyahı ilə birlikdə Hindistan dronlarının da daxil olduğunu bildirir.
“Siyahının məzmunu haqqında çox az şey məlum olsa da, dronların siyahıda əsas yer tutduğu təsdiqləndi. Rəsmi təfərrüatlara varmadan təsdiqlədi ki, siyahıdakı yeganə şey dronlar deyildi.
Ermənistanın Hindistanın hərbi texnikasına maraq göstərməsi ilk dəfə deyil. 2020-ci ildə Ermənistan Hindistandan SWATHI radarlarını almaq üçün Hindistanla 40 milyon dollarlıq müqavilə imzalayıb” – deyərək qəzet yazır.
Aprelin 13-də ER Müdafiə nazirliyində keçirilən görüşdə ER Müdafiə naziri Suren Papikyan və Hindistanın Ermənistandakı səfiri Kişan Dan Deval Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq sazişinin imzalanmasının vacibliyini vurğulayıblar.
Daha sonra jurnalistlə müsahibəsində səfir Deval təsdiq edib ki, Ermənistan tərəfi Hindistanla müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.







