
Rəsmi Yerevan dəfələrlə bəyan edib ki, “Zəngəzur dəhlizi” məntiqi heç bir halda Ermənistan tərəfi üçün məqbul deyil.
Bu haqda iyulun 26-da parlamentdə jurnalistlərlə görüşü zamanı parlamentin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “KP” fraksiyasının üzvü Eduard Ağacanyan bildirib.
O, xüsusilə, Azərbaycan prezidentinin bəyanatlarına münasibət bildirən Avropa Şurası sədrinin ofisinin bəyanatlarını diqqətə çatdırıb:
“Qeyd etməyi vacib hesab edirəm ki, Baş nazir Nikol Paşinyan, Azərbaycan prezidenti və Avropa Şurasının sədri arasında sonuncu görüşdən sonra Azərbaycan prezidenti müvafiq bəyanatla çıxış edəndə, o cümlədən “Zəngəzur dəhlizi” haqqında danışarkən Avropa Şurası sədrinin aparatı açıqlama yayıb, onlar təkzib edərək, belə müzakirələrin olmadığını bildiriblər” – deyərək Ağacanyan aydınlaşdırıb.
Onun sözlərinə görə, Azərbaycanın davranışı konstruktiv müzakirələrə kömək etmir. Deputat qonşuların qeyri-adekvat davranışına diqqət çəkib, onları əvvəllər əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib.
“Ermənistan “Zəngəzur dəhlizi” ilə bağlı məsələni müzakirə etməkdən imtina edir belə ki, başlanığıcdan da bunu imtina edib”- deyərək – deputat əmin edib.







