Başlıcaİdman

Erməni klubu futbolunda tarixi nəticə – “Pyunik” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindədir

Ermənistanın 15 qat çempionu “Pyunik” ötən gün müstəqil Ermənistanın klub futbolu tarixində görünməmiş nəticəyə imza atıb.

Ermənistan komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindədir. İkinci təsnifat mərhələsində Ermənistan çempionunun rəqibi Lüksemburq çempionu “Düdelanj” olub.

İyulun 19-da Yerevanda keçirilən ilk oyunda Lüksemburq klubu penaltidən vurduğu qol sayəsində kiçik hesablı qələbə qazana bilib. İyulun 26-da Lüksemburqda keçirilən cavab oyununda meydan sahibləri ilk uğur qazansa da, Ermənistan komandası 21-ci dəqiqədə vurulan qola cəmi 3 dəqiqə sonra cavab verib. İkinci hissədə Yerevan klubu rəqib qapısına daha 3 qol göndərə bilib. Oyun “Pyunik”in böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Yerevanın “Pyunik”i Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinə çıxaraq, tarixi nəticəyə imza atıb.

Daha çox göstər
Back to top button