BaşlıcaBeynəlxalq

Kürdlər Şimali İraqda türk ordusunu darmadağın edib, onlarla ölənlər var

Kürdüstan Xalq Özünümüdafiə Qüvvələrinin (SDQ) mətbuat mərkəzindən bildirilib ki, kürd silahlıları Şimali İraqda Türkiyə ordusuna məxsus olan 17 tankı və ondan çox pilotsuz uçuş aparatı məhv edib.

Qeyd olunur ki, tanklarla birlikdə Türkiyə ordusunun daha 10 hərbçisi ölüb. Mənbəyə əsasən, İraqı işğal edən Türkiyə ordusu döyüş meydanında çoxlu sayda silah-sursat qoyub.

Bildirilib ki, Türkiyə Şimali İraqda kürd qüvvələrinə qarşı fosfor da daxil olmaqla kimyəvi silahdan istifadə edir. Kürd mənbələrinin məlumatına görə, ötən həftə Türkiyə silahlı qüvvələri İraqın Muxtar Kürdüstanının Dohuk vilayətinin Zaxo şəhərinə raket zərbələri endirib. Hücum nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 9 mülki şəxs həlak olub, 23 nəfər yaralanıb.

Daha çox göstər
Back to top button