ArtsaxBaşlıcaSiyasətTəhlil

Azərbaycan təxribatlarının məqsədi

Azərbaycan günlərdir dezinformasiyalar yaydı guya ki, Ermənistan tərəfi atəşkəs rejimi pozur. Bunun ardınca Artsaxın müxtəlif istiqamətlərində sərhəd gərginliyi olub. Azərbaycan tərəfinin növbəti təxribatı nəticəsində Artsax Silahlı Qüvvələri bir nəfər yaralanıb, onun həyatı üçün təhlükə yoxdur. Artsaxın Müdafiə Ordusu bildirdi ki, eməni tərəfinin heç bir mövqe itkisi yoxdur.

Beynəlxalq ictimaiyyətin regionun blokadadan çıxarılması və “sülh müqaviləsi”nin imzalanması ilə bağlı iddiaları fonunda Azərbaycanın növbəti təxribatının məqsədi nədir?

“Sülh müqaviləsi”nə gedən yolda azərbaycanlıların təxribatların əsas məqsədi yeni tələblərdir. ER Parlamentinin deputatı Tiqran Abrahamyan iki əsas tələbi göstərir. Birincisi, Ermənistan silahlı qüvvələrinin Artsax ərazisindən çıxarılması ilə bağlıdır, ikincis isə dırnaqarası Naxiçevan dəhlizi ilə bağlıdır.

Parlamentin keçmiş deputatı Artur Qazinyan da isə fərqli hipotez irəli sürür, ona görə Putin və Ərdoğan avqustun 5-də Soçidə görüşəcək. Hazırda iclasın gündəliyi hazırlanır, müzakirə olunacaq məsələlər dəqiqləşdirilir.

Qazinyan qeyd etdi ki, türklər Rusiya tərəfinin qarşı olan hansısa məsələni müzakirə gündəminə gətirmək istəyirlər. Onun sözlərinə görə, Əliyev məhz bu səbəbdən Rusiya sülhməramlılarının məsuliyyəti zonasında vəziyyətin sabitliyini pozmaq əmri alıb. Keçmiş deputatın fikrincə, Azərbaycan lideri ölümcül səhvlərə yol verir, bütün icazə verilən xətləri aşır və odla oynayır.

Siyasi-analitik sahədə Azərbaycanın bir neçə gün əvvəl Artsaxı tərksilah etmək istəməsi fikri üstünlük təşkil edir. Təbii ki, Müdafiə Ordusunun buraxılmasından söhbət gedə bilməz, çünki beynəlxalq ictimaiyyət də Azərbaycanın hərəkətlərindən o tələbin qəbuledilməzliyini anladı.

““Belə bir məsələ heç vaxt qoyulmayıb, əksinə, onlar üçün bu, tamamilə legitimdir, onlar başa düşürlər ki, Artsax xalqı müdafiə qabiliyyəti, silahlı birləşmələri olmasa, ontoloji və fiziki məhv təhlükəsi ilə üzləşə bilər”,- deyə politoloq Armen Vardanyan qeyd etdi. Politoloq qeyd edib ki, beynəlxalq reaksiya Azərbaycanı da qəzəbləndirəcək.

“ABŞ-ın cəhdləri açıq-aydın Azərbaycanı qəzəbləndirəcək, çünki münaqişənin artıq mövcud olmadığını bəyan edən məhz Azərbaycandır. Buna görə də, Azərbaycan ABŞ-ın danışıqlar prosesini aktivləşdirmək səylərindən qətiyyən razı ola bilməz”,- deyə o qeyd etdi.

Ekspertlər Balkanlar və Ukraynanın qaynar nöqtələri ətrafında baş verən hadisələri diqqətdən kənarda qoymur. Bütün bunların fonunda Azərbaycanın burada da vəziyyəti gərginləşdirməyə və istədiyi nəticələri əldə etməyə çalışa bilər. Eni ekspertlər hesab edirlər ki, bu halda beynəlxalq ictimaiyyətin mümkün yeni gərginliyin qarşısını almağa çalışdığı göz qabağındadır. Üstəlik, son günlər ABŞ istiqamətində telefon əlaqəsi daha da aktivləşib. Kern Donfriddən əvvəl ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderləri ilə telefon danışığı aparıb.

Daha çox göstər
Back to top button