
Rusiya sülhməramlılarının cavabdehlik zonasında son bir sutka ərzində Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı 3 fakt qeydə alınıb
Nəticədə Dağlıq Qarabağ silahlı qüvvələrinin nümayəndəsi yaralanıb.Alınan məlumata görə, bu barədə Rusiya Federasiyasının Müdafiə nazirliyi məlumatlandırıb.
RF sülhməramlıları tərəfindən iyirmi yeddi nəzarət nöqtələrində
atəşi dayandırmq rejimini qorumaq üçün sutka ərzində monitorinq nəzarəti həyata keçirilir.
“Son sutka ərzində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında Azərbaycan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı 3 fakt qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı qüvvələrinin nümayəndəsi yaralanmışdı.
Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyəti həll edib. Tərəflər arasında təmas xəttində hər hansı dəyişikliyə icazə verilməyib” – deyə məlumatda qeyd olunur.







