
ABŞ Konqresinin Erməni məsələləri üzrə komitəsinin həmsədri Ceki Spier Azərbaycan tərəfinin Dağlıq Qarabağdakı son təxribat əməllərini nəzərə alaraq, ABŞ-i Azərbaycana hər cür yardımı dərhal dayandırmağa çağırıb. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Əliyev Artsax xalqına qarşı bu qanlı dron zərbələri kampaniyasını yalnız ABŞ-in güc nümayiş etdirdiyi təqdirdə dayandıracaq. Danışıqlar masasına oturana qədər Amerikanın Azərbaycana bütün yardımlarını dərhal dayandırılmalı”, – Spier yazıb.
Aliyev will only stop his bloody drone strike campaign against the people of Artsakh if/when the U.S. shows leadership & strength. Pull all U.S. assistance to Azerbaijan immediately until it comes to the negotiating table.
— Jackie Speier (@RepSpeier) August 4, 2022
Qeyd edək ki, avqustun 3-də saat 09:00-dan başlayaraq Azərbaycan bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq Müdafiə Ordusunun döyüş mövqelərini və hərbi hissələrdən birinin daimi yerləşdiyi ərazini hədəfə alıblar. Müxtəlif çaplı atıcı silahlardan əlavə, minaatanlardan, qumbaraatanlardan və hücum PUA-lardan də istifadə olunub, nəticədə Müdafiə Ordusunun 2 müqaviləli hərbçisi ölümcül yaralanıb.







