Başlıcaİdman

44-cü Şahmat Olimpiadası: Bu gün Azərbaycanla Ermənistanın qadın və kişilərdən ibarət milli komandaları mübarizə aparır

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası başa çatmaq üzrədir. Bu gün 10-cu turun oyunları keçiriləcək. Bu gün Azərbaycanla Ermənistanın qadın və kişilərdən ibarət milli komandaları mübarizə aparır.

Kişilərdən ibarət komandada Gabriel Sargsyan qara fiqurlarla Şəhriyar Məmmədyarovla, Hrant Melkumyan ağ fiqurlarla Qədir Hüseynovla, Manuel Petrosyan qara fiqurlarla Vasif Durabəyli ilə, Robert Hovhannisyan isə ağ fiqurlarla Niyat Abbasovla yarışacaq.

Əvvəlki 9-cu turda Ermənistan komandası Özbəkistana 1:3 hesabı ilə məğlub olaraq ilk məğlubiyyətini alıb.

9-cu turdan sonra Özbəkistan 16 xalla turnir cədvəlinə başçılıq edir. Ermənistan komandasınıın və Hindistanın ikinci yığmasının 15 xalı var.

Azərbaycan yığması ilə görüşdə qadınlardan ibarət komandanın heyətində Elina Danielyan, Lilit Mkrtçyan, Anna Sargsyan və Susanna Gaboyan olacaq.

Ermənistanın qadınlardan ibarət komandası 14 xalla 5-9-cu yerləri ayırır. Əvvəlki 9-cu turda qadınlar rumınlarla qarşılaşıb və 3:1 hesabı ilə qalib gəliblər.

Daha çox göstər
Back to top button