BaşlıcaSiyasət

Liman anbarları doludur: “Türkiyə Rusiya idxalı üçün tranzit mərkəzinə çevrilir”

Türkiyə limanlarındakı anbarlar Rusiyaya gedən mallarla doludur. “Ahval” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” nəşri öz mənbələrinə istinadən məlumatlandırıb.

Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Türkiyə Rusiya mallarının idxalı üçün tranzit məntəqəyə çevrilib.

Qeyd olunur ki, dünya ölkələrindən gələn yüklər Türkiyə limanlarında boşaldılır və “Embarqo yoxlamasından” sonra Rusiyaya gedən Türkiyə gəmilərinə ötürülür.

 Məhsullar qeydiyyat olmadan göndərilir. Bəzi rus şirkətləri Türkiyədə ofis açır və ticarəti həyata keçirmək üçün əməkdaşlıq edirlər.

KİV-lər yazır ki, rusiyalı iş adamları Türkiyə vətəndaşlığını almaq üçün daşınmaz əmlak alıb yerli şirkətlər qurur, daha sonra Türkiyədəki yeni ofis ünvanı vasitəsilə Avropa Birliyi və Uzaq Şərqdən Rusiyaya məhsul göndərir.

Maersk, Hapag Lloyd və Hamburg Süd kimi qlobal nəhənglər Rusiyaya mal göndərməyi dayandırdığından yüklər çox vaxt türk şirkətləri tərəfindən, əsasən də dəniz yolu vasitəsi  ilə həyata keçirilir.

Quru, hava və dəmir yolu yollarından da istifadə olunur.

“Keçən həftə Mersin limanında idim. Dünyanın hər yerindən gələn və Rusiyaya daşınan yüklər səbəbindən Mersinin anbarları dop-doludur.

Bəzi hallarda türklərə, bəzi hallarda isə ruslara məxsus gəmilərlə Rusiyaya göndərilir.

Bu malların daşınması üçün Türkiyəyə– deyə Rif Line Türkiyə şirkətinin baş direktoru Mehmet Serkan Erdem bildirib.

Türkiyənin ən böyük gəmi sahiblərindən biri olan “Medkon Shipping” son həftələrdə Mersin, İstanbul və İzmirdən Rusiyanın Novorossiysk limanına yeni marşrut açıb.

Şirkətin baş direktoru Mahmut İşık Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və embarqolarla bağlı çox diqqətli olduqlarını, daşıyıcı və alıcının sanksiyalar siyahısında yer almadığını yoxladıqlarını bildirib.

“Bizim üçün kifayətdir ki, göndərən, qəbul edən və yükə embarqo qoyulmasın. Bununla belə, əgər kiçik bir sual işarəsi olsa belə, daşıma həyata keçirməyəcəyik”-deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button