BaşlıcaMədəniyyət

Ucanda “Ərik ağacı” 8-ci Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək

Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə “Filmadaran” kino mədəniyyətinin inkişafı QHT 21-28 avqust tarixlərində ER-nin Aragatsotn bölgəsinin Ucan kəndində “Ərik ağacı” 8-ci beynəlxalq Ucan sənədli filmlər festivalı keçirəcək.

Festivalın proqramına 20-yə yaxın ölkədən 30 sənədli film daxildir: Ermənistan, İran, Rusiya, ABŞ, İtaliya, Serbiya, İsveç, Vyetnam, Fransa və s.

Gündüz nümayişləri Yerevanda, Ermənistan Milli Kitabxanasının böyük zalında, axşam saat 8-dən gecə yarısına kimi Ucanın parkında açıq havada keçiriləcək.

Bütün filmlər erməni subtitrləri ilə nümayiş etdiriləcək. Festival çərçivəsində Ucan kino məktəbi də fəaliyyət göstərəcək, burada ucanlı uşaqlar festival mütəxəssislərinin köməyi ilə qısametrajlı filmlər çəkəcəklər və bağlanış mərasimində həmin filmlər nümayiş etdiriləcək. Məktəb 2019-cu ildən fəaliyyət göstərir.

Vyetnamdan olan rejissor və rəssam Thu An Nguyen Ucan və qonşu kəndlərdəki incəsənət qruplarının uşaqları üçün kollaj emalatxanası keçirəcək. Yaradılmış kollajlar festivalın sonunda nümayiş etdiriləcək.

Hollandiyalı kinorejissor Dirk Villemsen gənc erməni və gürcü kinorejissorları üçün xüsusi seminar keçirəcək.

Festival çərçivəsində Ucana gələn 30-a yaxın xarici qonaq bir həftə ucalıların evlərində yaşayacaq, erməni həyat tərzi və mədəniyyəti ilə tanış olacaq.

Daha çox göstər
Back to top button