
Yunanıstanın “Greek City Times” qəzeti Azərbaycanda müstəqil jurnalistlərə qarşı repressiyalarla bağlı geniş məqalə dərc edib.
Verilən məlumata görə,köşə yazarı əvvəlcə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin İGB-ni (Yunanıstan-Bolqarıstan-Yunanıstan-Bolqarıstan Qaz boru kəməri qrupu) “dəyərlər kəməri” kimi xarakterizə etdiyi bəyanatına toxunub.
“Nümunə olaraq media sektoruna baxsaq, Mitsotakisin bəhs etdiyi dəyərlər kifayət deyil. “Sərhədsiz reportyorlar” təşkilatının hesabatında deyilir.
“Prezident İlham Əliyev hər hansı plüralizm simasını aradan qaldırıb və 2014-cü ildən bəri o, qalan bütün tənqidçiləri amansızcasına susdurmağa çalışır”.
Ölkə daxilində müstəqil televiziya və ya radio verilişləri yoxdur, bütün tənqidi qəzetlər bağlanıb. “Azadlıq” və “Meydan TV” kimi dövlət senzurasının hədəfində olan müstəqil xəbər saytlarının əksəriyyəti xaricdə fəaliyyət göstərir” – deyərək məqalədə qeyd olunub.
“Greek City Times”ın köşə yazarı onu da izah edir ki, son 20 ildə heç bir məmur və ya polis əməkdaşı jurnalistin döyülməsinə və ya xəsarət almasına görə cəzalandırılmayıb və “Bakı rejimi mühacirətdə olan müstəqil jurnalistlərə təzyiq edərək onları susdurmağa çalışır”.
“Lakin daha çox narahat edən odur ki, Əliyev rejimi jurnalistlərə qarşı hücumlarını Azərbaycanın hüdudlarından kənara da ixrac edir” – deyə köşə yazarı qeyd edir.
“Greek City Times” qəzetinin jurnalisti 2022-ci ildə jurnalistlərə edilən hücumları və onların Azərbaycan hüdudlarından kənarda törətdikləri qətlləri təqdim edib.
Mayın 31-də Almaniyada yaşayan, lakin hazırda Böyük Britaniyada olan azərbaycanlı bloger Tural Sadıqoğlu Azərbaycan hakimiyyətinin ona qarşı sui-qəsd hazırladığını açıqlayıb.
“Sizi inandırıram ki, həyatım ciddi təhlükədədir. Bu dəfə mənə qarşı nəsə planlaşdırırlar. Prezidentin aparatı müvafiq göstəriş verib. Ona görə də valideynlərim sabah Bakıda, prezident aparatının qarşısında aksiya keçirəcəklər. Mən siyasi partiyalardan, hüquq müdafiəçilərindən, fəallardan və jurnalistlərdən onlara dəstək olmalarını xahiş edirəm”- deyə Sadıqoğlu Facebook səhifəsində yazıb.
Daha sonra Almaniyada yaşayan azərbaycanlı jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı sosial şəbəkələrdə bloqqerin həyatı üçün təhlükə olduğunu təsdiqləyib.
“Almaniyada yaşayan azərbaycanlı mühacir və bloger, “Azad söz” təşkilatının rəhbəri Tural Sadıqoğlu həyatı üçün ciddi təhlükə olduğunu yazıb. Əliyev rejimi xaricdə yaşayan rəqiblərini dəfələrlə həbs edib, oğurlayıb, şantaj edib. İlham Əliyev dəfələrlə həbs edə bilmədiyi şəxslərə qarşı terror qruplaşmalarından istifadə edib.
Keçən il İstanbulda Bayram Məmmədov, Belçikada Vüqar Rza, Tbilisidə Hüseyn Bakıxanov öldürülüb.
Məhəmməd Mirzəli, Orxan Ağayev, Orduxan Bəbirov, Qabil Məmmədovu öldürməyə cəhd edilib.Fransa polisi Məhəmməd Mirzəlini öldürməyə cəhd etdiyinə görə bir neçə nəfəri həbs edib.
Tural Sadıqoğlunun qətllə hədələnməsi, onun yaşayış ünvanının axtarılması kifayət qədər ciddi problemdir.Avropa hüquq-mühafizə orqanları Turalın təhlükəsizliyini təmin etməlidir” – deyə Muxtarlı bildirib.
Məqalə müəllifi “İnfoteka24”ün Avropada daha bir azərbaycanlı müxalif bloggerə hücumu ilə bağlı dərcindən də sitat gətirir. Bu dəfə hücumun qurbanı İlham Əliyev və Mehriban Əliyevanı tənqid etməsi ilə tanınan bloger Manaf Cəlilzadə olub.
Manaf Cəlilzadənin hücuma məruz qalması faktını Fransada yaşayan azərbaycanlı müxalif bloger Mirzəli Məhəmməd də səsləndirib.
“İsveçrədə yaşayan bloger Manaf Cəlilzadə 2022-ci il aprelin 29-da evinin qarşısında üç azərbaycanlı tərəfindən şiddətli döyülüb. Vəziyyəti çox ağır idi”- deyə o, Twitter səhifəsində yazıb.
“Greek City Times” qəzetinin jurnalistinin fikrincə, bunlar 2022-ci ilin bir neçə nümunəsidir, lakin Azərbaycanın postsovet dönəminin hər ilində belə hallar gündəmə gələ bilər.







