BaşlıcaSiyasət

Ermənistanda “Sülh döyüşçüsü” müsabiqəsi başlayıb

Avqustun 15-də Monte Melkonyan adına Hərbi İdman Akademiyasında ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan, Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, ER-də akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və hərbi attaşelərin  iştirakı ilə “Beynəlxalq Ordu Oyunları-2022” turniri çərçivəsində keçirilən “Sülh döyüşçüsü” yarışının açılış mərasimi keçirilib.

ER Müdafiə Nazirliyindən “Armenpress”-ə verilən məlumata görə, yarış iştirakçılarını salamlayan general-mayor Edvard Asryan komandaların peşəkarlıq, yüksək döyüş və taktiki hazırlıq nümayiş etdirəcəyinə əminliyini bildirib.

“Müsabiqə iştirakçıları ən yaxşılardır, onlar öz ölkələrinin silahlı qüvvələrini vicdanlı mübarizədə təmsil etmək şərəfini qazanaraq, çətin ilkin seçim yolu keçiblər. “Sülh döyüşçüsü” müsabiqəsi əsl döyüş qardaşlığı və cəsarət bayramı olacaq və beynəlxalq hərbi əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”, – deyə Edvard Asryan salamlama nitqində bildirib.

Daha çox göstər
Back to top button