BaşlıcaSiyasət

Vladimir Putin “Surmalı”dakı partlayışla əlaqədar Nikol Paşinyana başsağlığı teleqramı göndərib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı başsağlığı teleqramı göndərib. Alınan məlumata görə, Vladimir Putinin teleqramı Kremlin rəsmi saytında yerləşdirilib.

“Hörmətli Nikol Vovai, İrəvanın ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

Zəhmət olmasa həlak olanların ailələrinə dərin hüznlə başsağlığımı və dəstəyimi, eləcə də bütün  zərər çəkənlərə tezliklə sağalmasını arzuladığımı çatdırın. Hörmətlə, Vladimir Putin” – deyərək  teleqramda qeyd olunub.

Daha çox göstər
Back to top button