Artsax Parlamentinin sədri Artsaxda matəm günləri ilə əlaqədar parlamentarilərlə görüşüb

Avqustun 17-də Artsax Parlamentinin sədri Artur Tovmasyan Artsaxda elan olunmuş matəm günləri ilə əlaqədar parlamentarilər və aparatın nümayəndələri ilə görüşüb.
Artsax Parlamentinin sədrinin ofisi xəbər verir ki, görüş zamanı parlamentin rəhbəri xalqımızın başına gətirilən sınaqlardan danışıb və ötən gün Yerevanın “Surmalu” ticarət mərkəzində baş vermiş faciəli qəzaya toxunub.
Üç Artsax müharibəsində yanmış erməni xalqı bu gün yeni ümummilli ağrı və iztirab yaşayır.
1988-ci il dekabrın 7-də Ermənistan Respublikasında baş vermiş dağıdıcı zəlzələnin vurduğu yaralar hələ də sağalmayıb.
2022-ci il avqustun 14-də Yerevanın “Surmalu” ticarət mərkəzində baş verən qəza erməni xalqının daim ağrısını daha da dərinləşdirdi. Daha bir ümummilli faciə, sanki, 1988-ci ilin fəlakətli hadisələrinin davamı idi”, – deyə Artur Tovmasyan çıxışında bildirib.
Daha sonra parlamentin rəhbəri Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın avqustun 16-da imzaladığı sərəncamı təqdim edib, ona əsasən, 2022-ci il avqustun 17-18-i daxil olmaqla, 14 avqustun xatirəsinə Artsax Respublikasında matəm elan edilib.
Parlamentin sədrinin çıxışı Ermənistan Respublikasının parlamentarilərinə ünvanlanmış başsağlığı teleqramı ilə yekunlaşdırılıb və orada xüsusi qeyd olunub:
“Ermənistan Respublikası Parlamentinin hörmətli sədri cənab Simonyan,
Ermənistan Respublikası Parlamentinin hörmətli sədr müavinləri, fraksiya rəhbərləri və katibləri, daimi komissiyaların sədrləri və müavinləri, deputatlar
2022-ci ilin avqustun 14-də “Yerevan Konserv Zavodu” QSC-nin ərazisində baş vermiş yanğın və partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı və dəstəyimizi bildiririk, itkinin ağır kədərini bölüşürük, yaralananlara şəfa diləyirik.
Biz ümumerməni faciəsinin ağrısını bölüşürük və əmin edirik ki, Artsax hakimiyyəti və Artsax erməniləri həmişə sizin yanınızdadır”.
Bundan sonra tədbir iştirakçıları Yerevanın “Surmalu” ticarət mərkəzində həlak olan günahsız qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.







