
Ukraynanın Zaporojye vilayəti azərbaycanlıları konqresinin rəhbəri Vahid Təhməzov Donetsk vilayətində azərbaycanlı əsgərin öldüyünü bildirib.
Bu barədə Təhməzov “Report”a müsahibəsi ərzində bildirib.
O qeyd edib ki, öldürülən şəxs “Gürcüstan legionu”nun tərkibində hərbi əməliyyatlarda iştirak etmiş Elşad Ağalovdur.
Təhməzovun sözlərinə görə, hazırda Azərbaycan Konqresi ölən şəxsin cəsədinin Azərbaycana gətirilməsi məsələsi ilə məşğul olur.







