
Rusiyanın Yerevandakı səfirliyinin müşaviri və səfir müavini Maksim Seleznyov bu gün “Azatutyun” ilə söhbətində bildirib ki, Rusiya sülhməramlıları yeni yol istifadəyə verilənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə hərəkət etməyəcəklər.
Yüksək rütbəli diplomat vurğulayıb ki, bununla bağlı razılaşmalar var və tərəflər birbaşa təmasdadır, lakin konkret olaraq kimlər arasında və hansı razılaşmaların olduğunu açıqlamayıb.
“Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizi açıldıqdan sonra yenidən yerləşdiriləcək. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda addımlar, addımların ardıcıllığı qeyd olunur: əvvəlcə dəhliz tikilir və o, işə başlamazdan əvvəl Rusiya sülhməramlıları beş kilometrlik həmin dəhlizi ətrafında yerləşdirilir”, -deyə Seleznyov bildirib.







