BaşlıcaSiyasət

Aİ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün problemlərin hərtərəfli həllinin tərəfdarıdır: Səfir

Avropa İttifaqı münaqişə tərəflərinin barışmasında və Dağlıq Qarabağ probleminin stabil həllində maraqlıdır. Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin sədri, səfir ASndrea Viktorin bildirdi.

Səfir vurğuladı ki, regionda uzunmüddətli sülhün bərqərar olması üçün irəliləyişə zəmanət verəcək müvafiq mühit təmin etmək lazımdır.

Andrea Viktorin əmindir ki, bu kontekstdə qalan əsirlərin qaytarılması, eləcə də itkin düşənlərin axtarışında irəliləyiş əldə etmək üçün daha çox iş görülməlidir.

“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına yönəlmiş bütün səyləri alqışlayırıq və münaqişə ilə bağlı bütün məsələlərin hərtərəfli həllinin tərəfdarıyıq. Avropa İttifaqı cari və gələcək sülh müqaviləsi danışıqlarını və sərhəd məsələləri, regionda kommunikasiyaların açılması üzrə barışıq səylərini güclü şəkildə dəstəkləyir”,- Andrea Viktorin vurğuladı.

Daha çox göstər
Back to top button