BaşlıcaSiyasət

Aİ Ermənistan və Türkiyə arasında davam edən danışıqlardan nə gözləyir?

Avropa İttifaqı (Aİ) hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bu ölkələr üçün yeni imkanlar açacaq.

Bu haqda Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin Armenpress-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Aİ münasibətlərin normallaşması proseslərinə həmişə fəal dəstək verir.

“Ermənistan və Türkiyə arasında birbaşa danışıqlar təşəbbüsünü dəstəklədiyimizi vurğulayan ictimai bəyanatlar var. Ümid edirəm ki, bu, münasibətlərin nizamlanmasına gətirib çıxaracaq”, – diplomat bildirib.

Onun fikrincə, danışıqlar kontekstində Ermənistanın Baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığı mühüm addım olub.

“Biz tərəqqi görmək istəyirik, çünki bunun insanlar üçün faydalı olduğuna və onlar üçün yeni imkanlar açacağına inanırıq”, – Andrea Viktorin əlavə edib.

Daha çox göstər
Back to top button