
Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun himayəsi altında Dağlıq Qarabağ münaqişəsi prosesini dəstəkləyir. Bunu “Armenpress”-ə müsahibəsində Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin bildirdi.
Səfirin sözlərinə görə, Avropa İttifaqı indi daha fəal mövqe tutub və prezident Mişelin, eləcə də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toibo Klaarın müntəzəm məsləhətləşmələri və səfərləri vasitəsilə mümkün olan ən yüksək səviyyədə görünən rol oynayır.
“Bu səylər heç bir şəkildə digər aktyorlarla rəqabət aparmaq və ya onlara qarşı yönəldilmək məqsədi daşımır. Bunu qeyd etməliyəm, çünki bu məsələ ilə bağlı çoxlu spekulyasiyalar var. Biz rəqabətdən yox, bir-birini tamamlayandan danışmalıyıq.
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev arasında yüksək səviyyəli görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Biz həmçinin iyulun 16-da Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında baş tutan birbaşa təması alqışlayırıq. Aİ iki xarici işlər nazirləri arasında yaradılmış birbaşa əlaqəni alqışlayır”,- səfir qeyd etdi.







