BaşlıcaEkonomika

Ermənistana sərmayə qoyulacağı təqdirdə, Hökumət infrastruktur quracaq

Hökumət “İnvestisiyalar üçün infrastruktur” dəstək tədbirinin həyata keçirilməsi üçün zəruri olan əsas tələblərin, dəstəyin göstərilməsi qaydası və şərtlərinin müəyyən edilməsi layihəsini qəbul edib, bu layihə ilə sahibkarlıq fəaliyyətini həyata keçirərkən infrastrukturla bağlı problemi olan investorlara maliyyə yardımı təklif edilib.

“Əgər 500 milyon dram-a qədər investisiya qoyularsa, Hökumət həmin məbləğin 20 faizi həcmində investorun ehtiyac duyduğu infrastrukturu təmin etməyə hazırdır. Əgər bu, 500 milyon dramdan çox investisiyadırsa, o zaman biz həmin məbləğin 10 faizi həcmində infrastrukturu təmin etməyə hazırıq”, – deyə İqtisadiyyat naziri Vahan Kerobyan hökumətin iclasında layihəni təqdim edib.

Baş nazir Nikol Paşinyan layihəni alqışlayıb və xatırladıb ki, o, hələ 2019-cu ildə belə vəd vermişdi. Onun sözlərinə görə, bu layihə ilə investisiyalar təşviq olunur.

Daha çox göstər
Back to top button