
Artsax Respublikasının (Dağlıq Qarabağ Respublikası) məcburi köçkün vətəndaşlarının qeyri-hökumət təşkilatları ATƏT-in Minsk Qrupunun işinin bərpasını alqışlayır. Bəyanatda deyilir:
“Biz, Azərbaycan və Türkiyə silahlı qüvvələri tərəfindən yaşayış yerlərimizin işğalı nəticəsində məcburi köçkün düşmüş, Ermənistan Respublikasında və Artsax Respublikasının digər bölgələrində sığınacaq tapmış sakinlər olaraq, yeni amerikalı həmsədr Filip Rikerin təyin edilməsini və ATƏT-in Minsk Qrupunun işinin bərpasını alqışlayırıq”.
Qeyd edilib ki, irqi ayrı-seçkilik, ermənilərə qarşı nifrət siyasəti və Azərbaycanın ermənilərin Artsax Respublikası ərazisindən etnik təmizləməsinə yönəlmiş indiki siyasəti, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi, mülki əhaliyə qarşı qadağan olunmuş silah növlərindən istifadə edilməsi, Laçın humanitar dəhlizinin işğalı və Berdzor, Ağavno və Nerkin Sus kəndlərinin sakinlərinin məcburi köçkünləşməsi ilə bağlı son hadisələr sübut edir ki, Artsax Respublikasının sakinləri Azərbaycanın protektoratı altında fiziki cəhətdən sağ qala bilməzlər.
“Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu da eyni məsələ ilə bağlı xəbərdarlıq edir, Azərbaycana ikinci dəfə xəbərdarlıq göndərib (lemkininstitute.com) və Azərbaycanda ermənilərə və erməni şəxsiyyətinə qarşı dövlət səviyyəsində təbliğ olunan nifrət nitqini, təhdidləri və vəhşilikləri pisləyir. Biz Artsax Respublikasının probleminin beynəlxalq konvensiyalar əsasında sakinlərinin hüquqlarının müdafiəsi çərçivəsində ədalətli uzunmüddətli həllinə ümid edirik”- deyə bəyanatda vurğulanıb.
Bəyanatı “Dizaka qayıdış” QHT, “Hadrut naminə” QHT, “Hadrutun işğalı” QHT, “Kaşatağa qayıdış” QHT, “Karvaçara qayıdış” QHT, “Krunk” QHT, “Şuşidən məcburi köçkünlər” QHT yayıblar.







