ArtsaxBaşlıcaSiyasət

Rusiya sülhməramlıları artıq yeni yolunun müvafiq hissəsində yerləşdirilib

Rusiya sülhməramlıları artıq Stepanakert-Goris yeni yolunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib.

Arstax Respublikasının Ərazi İdarəetmə və İnfrastruktrular Nazirliyinin mətbuat katibi Viktoriya Petrosyan bildirdi ki, Artsaxı Ermənistanla birləşdirən yeni marşrutun bu hissəsi tamamilə asfaltlanıb.

“Bu yol, Stepanakert-Goris-Berdzor yolu ilə eyni məntiqlə işləyəcək. Artsaxı Ermənistanla birləşdirən dəhlizin əsas yol hissəsinin tikintisi başa çatana qədər yeni marşrut yolu artıq fəaliyyət etməkdədir. Hazırda orada Rusiya sülhməramlıları yerləşdirilib”,- deyə o qeyd etdi.

Onun sözlərinə görə, yola ilboyu müvafiq mütəxəssislər tərəfindən xidmət göstəriləcək və hava şəraitindən asılı olmayaraq, nəqliyyatın hərəkətində heç bir problem olmayacaq.

Daha çox göstər
Back to top button