BaşlıcaSiyasət

ABŞ Ermənistan və Azərbaycanı diplomatik əlaqələri gücləndirməyə çağırıb

ABŞ Ermənistan və Azərbaycanı hərtərəfli sülh sazişi naminə diplomatik əməkdaşlığı aktivləşdirməyə çağırır.  Alınan məlumata görə, bu haqda ABŞ Dövlət departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Dövlət departamentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında avqustun 31-də Brüsseldə keçiriləcək görüşündən nə gözlədiyi sualına dönən Patel xüsusi olaraq deyib:

“Mən yalnız əvvəllər dediklərimizi təkrarlaya bilərəm. Birləşmiş Ştatlar öz öhdəliklərinə sadiq qalır. Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə yardım etməyi davam edir”.

Daha çox göstər
Back to top button