BaşlıcaSiyasət

Lavrov: “Yerevan, Bakı və Moskva razılaşmalar əldə edilməsi məsələsində  irəliləyiblər”

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupu Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə razılaşmaların əldə edilməsində xeyli irəliləyiş əldə edib.

TASS xəbər verir ki, bu haqda  çərşənbə günü RF Xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlardan sonra keçirilən mətbuat konfransı ərzində  bildirib.

Rusiyalı nazirin sözlərinə görə, qrup Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı görüşlərə paralel olaraq ritmik işləyir.

“Üçtərəfli  prezidentin 9 noyabr 2020-ci il tarixli qərarı ilə yaradılan işçi qrupu      razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, onlar çox yaxın vaxtlarda tamamlanacaq.

Ən əsası odur ki, bu iş vakuumda, təcrid olunmuş şəkildə deyil, daha geniş nəqliyyat layihələri, o cümlədən iranlı tərəfdaşlarımızın da maraqlı olduğu “Şimal-Cənub” dəhlizi layihəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir”- deyərək o, qeyd edib..

Daha çox göstər
Back to top button