BaşlıcaSiyasət

Xİ nazirləri səviyyəsində substantiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub

Avqustun 31-də Avropa Birliyi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Hərbi əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi, regional blokadanın aradan qaldırılması, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib.

Sülh müqaviləsinin hazırlanması üzrə substantiv danışıqların davam etdirilməsi üçün Xarici işlər nazirləri səviyyəsində razılıq əldə olunub. Xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq.

Tənzimləmə və Sərhəd Təhlükəsizliyi Komitəsinin növbəti görüşü noyabrda Brüsseldə keçiriləcək.

Liderlər şurasının növbəti görüşü noyabrda keçiriləcək.

Daha çox göstər
Back to top button