Elm üçün qızıl dövr: alimlər və qonaqlar STARMUS VI-da iştirak səbəblərini təqdim etdilər

STARMUS VI beynəlxalq festivalına dəvət olunan alimlər festivalda iştirak etmələrinin səbəblərindən, əhəmiyyətindən və eyni ideya ətrafında cəmləşmələrindən danışıblar. “Armenpress”in məlumatına görə, alimlərin fikrincə, bu, ünsiyyət qurmaq və bir-birinin işini qiymətləndirmək üçün yaxşı fürsətdir.
“Astronomiya” mətbusunun baş redaktoru David Ayker festivalda iştirakın onun üçün xoş olduğunu söyləyib.
“Festivalın həmtəsisçiləri Garik İsraelyan və Brayan Mey bizdən serebral işin bu birləşməsini, yəni analitik təfəkkür və incəsənətin birliyini Ermənistanda qeyd etməyimizi istəyirdilər. Bu, müstəsna elmi hadisədir, Aya endikdən sonra qızıl dövr demək olar. Ümid edirik ki, siz də Nobel mükafatçılarını, astronomları, kosmonavtları burada qəbul etməklə, onların mühazirələrini dinləməkdən və bu günlərdə keçiriləcək bir çox tədbirlərdən həzz alacaq və eyni həyəcanı yaşayacaqsınız”, – Ayker bildirib.
İsveçrəli astrofizik 51 Peqasi b adlı ulduzun ətrafında ilk ekzoplanet tapdığına görə Nobel mükafatı alan Mişel Mayor qeyd edib:
“Qeyd etmək istərdim ki, bizim insanlarla danışmaq, onlara kainatın və cisimlərin necə bağlı olduğunu izah etmək üçün unikal imkanımız var. Və sevindirici haldır ki, bu gün texniki inkişaf kainatdakı demək olar ki, bütün hadisələrə tam cavab verməyə imkan verir. Şadam ki, bizim təcrübəmizi ictimaiyyətlə bölüşmək, eləcə də digər alimlərin əsərlərini dinləmək imkanımız var”, – deyə o bildirib.
Fransalı professor, mikrobiologiya, genetika və biokimya üzrə tədqiqatçı Emmanuel Şarpantie erməni köklü olduğuna görə Ermənistanda olmağın onun üçün böyük xoşbəxtlik olduğunu vurğulayıb.
“Demək olar ki, mədəniyyət və elmin bu kəsişməsində bu festivalın ideyası və məqsədi mənim üçün çox önəmli idi. Və artıq qeyd olunduğu kimi, festival çərçivəsində elmlə sənətin birləşməsi çox xoşdur”, – deyə Emmanuel Şarpantie bildirib.
O, bunun həm də bir-birinin işini qiymətləndirmək üçün çox yaxşı fürsət olduğunu vurğulayıb.
London Universitet Kollecinin iqlim elmləri üzrə professoru Kris Repli festivalın unikal elmi hadisə olduğunu qeyd edib.
Amerikalı mühəndis və NASA-nın keçmiş astronavtı Garet Raismanın fikrincə, astronavt olmağın ən müsbət tərəflərindən biri, həmişə bu sahədə ən yaxşı olan insanlarla ünsiyyət qurmağıdır.
“STARMUS festivalı burada uğurlu insanların deyil, adi, hətta elmi olmayan insanların da cəlb oluna bilməsi ilə bağlıdır. Və bura gəlmək mənim üçün həqiqətən bir hədiyyədir”, – deyə o, sözlərini tamamlayıb.







