BaşlıcaMədəniyyət
ER ordusu düşmən atəşindən itki verib

Sentyabrın 5-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhəd zonasının Şərq hissəsində yerləşən döyüş mövqeyində, ilkin məlumatlara görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü kiçik çavuş Arman Qaqiki Sarkisyan atəş nəticəsində ölümcül yaralanıb.
Bu barədə Ermənistanın Müdafiə nazirliyi məlumat yayıb. “Faktla bağlı Qarnizon İstintaq idarəsində materiallar hazırlanır.
Müdafiə nazirliyi itki ilə bağlı ağır kədəri bölüşür və Arman Sarkisyanın ailə üzvlərinə, yaxınlarına və silahdaşlarına dəstəyini bildirir” – deyə məlumatda bildirilir.







