BaşlıcaEkonomikaSiyasət

Yerevanda İran avtomobillərinin istehsalına başlanılacaq

İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlireza Peymanpakın dəstəyi ilə Ermənistanda İran avtomobilləri üçün istehsal xətti işə salınacaqBu haqda  IRNA xəbər verir.

 Qeyd olunur ki, İran rəsmisi və Ermənistanın İqtisadiyyat nazirinin müavini Narek Teryan ticarət əlaqələrinin inkişafı, malların tranzitinin alternativ yolları, eləcə də məişət və elektron avadanlıqların birgə istehsal xəttinin işə salınmasını müzakirə ediblər.

 Peymanpak bəyan edib ki, İranın ən böyük avtomobil istehsalçılarından biri Ermənistanda avtomobil istehsalı xəttini işə salmağı planlaşdırır.

“Ermənistanın Aİİ-yə üzvlüyünü nəzərə alsaq, bu, hər iki ölkə üçün yaxşı nəticələr verə bilər. İran rəsmisinin sözlərinə görə, İranın ticarət nümayəndə heyəti oktyabrın ortalarında Ermənistanda İran ticarət mərkəzinin açılışı üçün İrəvana səfər edəcək.

İki ölkə arasında mədənçıxarma sahəsində əməkdaşlığın inkişafından danışan qurum rəsmisi Şimal-Cənub layihəsinə daxil olan Sisian-Qacaran yolunun tikintisinin çox vacib olduğunu bildirib.

Daha çox göstər
Back to top button