BaşlıcaEkonomika

Ermənistandan Rusiyaya hazır məhsulların ixracı xeyli artır: İqtisadçı

Ermənistandan onun əsas ticarət-iqtisadi tərəfdaşı olan Rusiya Federasiyasına hazır məhsulların ixracı xeyli artır, ilin birinci yarısında artım 50 faizə yaxın olub, bundan başqa, bu məhsulların əhatə dairəsi genişlənib.

Bunu iqtisad elmləri doktoru, professor Aşot Tavadyan “Armenpress”ə müsaibədə deyib.

İqtisadçının fikrincə, ölkənin inkişafının ən mühüm göstəricilərindən biri hazır məhsulların ixracı və nisbətən ucuz enerji resurslarına malik olma imkanlarıdır. O, bu iki problemin həlli üçün ən böyük potensialı Ermənistan-Rusiya münasibətlərində görür.

“Beynəlxalq bazarda qazın qiyməti 1000 kubmetr üçün 2000 dolları keçəndə biz qazı 165 dollara alırıq. Təbii ki, bu, rəqabətqabiliyyətlilik baxımından böyük əhəmiyyət kəsb edir”, – deyə Tavadyan bildirib.

İxraca gəlincə, Ermənistandan ixrac 6 ayda 36,3 faiz artıb.

“Hazır məhsul Rusiyaya gedir, ötən ilin 6 ayı ilə müqayisədə artım 48,4 faiz təşkil edir. Əgər keçən il Rusiyaya ixracın həcmi 365 milyon dollar idisə, bu il artıq 543 milyon dollardır”

O, həmçinin vurğulayıb ki, Rusiyaya ixracın həcmi Ermənistanın ixracının 25 faizini təşkil edirdisə, ötən il bu, 27,6 faiz, bu il isə artıq 30 faiz təşkil edib.

Daha çox göstər
Back to top button