BaşlıcaSiyasət

Türkiyə və Fransa Xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə və Fransanın Xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Katrin Kolonna Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Anadolu agentliyinin verdiyi məlumata görə, Ankarada iki nazirin ikitərəfli görüşünün yekunlarına dair birgə mətbuat konfransında Çavuşoğlu bildirib ki, “Azərbaycanın Qarabağda qələbəsindən sonra daimi sülh və sabitlik imkanı yaranıb”.

O, Ankara ilə Yerevan  və Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqlar kimi proseslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Kolonna öz növbəsində qeyd edib ki, Paris Cənubi Qafqazda “müsbət işi” alqışlayır.

 “Regionda çox xoş və müsbət mühit yaradılır. Türkiyə ilə Ermənistan arasında dialoq tənzimlənir və genişləndirilir” – deyərək Türkiyə agentliyi fransalı nazirin sözlərindən sitat gətirib.

Paris və Ankaranın mövqelərinin üst-üstə düşdüyü bir çox sahələr olduğunu qeyd edən o, tərəflərin bu məsələlər üzərində işini davam etdirdiyini bildirib. “Biz razılaşdığımız məsələlərin sayını artırmağa çalışırıq”.

Daha çox göstər
Back to top button