BaşlıcaEkonomika

Ermənistanla Aİ-yə üzv ölkələr arasında ümumi aviasiya zonası yaradılacaq

ER Parlamentinin İqtisadi Məsələlər Komitəsi “Bir tərəfdən Ermənistan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzv dövlətləri arasında Ümumi Aviasiya Zonası haqqında” sazişin ratifikasiyası layihəsinə müsbət yekun verib.

ER ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyanın verdiyi məlumata görə, sazişin məqsədi ayrı-seçkiliyin aradan qaldırılması və inzibati prosedurların minimuma endirilməsi yolu ilə aviaşirkətlər bazarının tədricən liberallaşdırılmasıdır. Bundan əlavə, aviadaşıyıcılar arasında sərbəst rəqabət şəraiti yaradılacaq.

Nazir müavini qeryd edir: “Gözlənilir ki, sazişin ratifikasiyası ticarət, turizm, investisiyalar və ümumilikdə Ermənistanın sosial-iqtisadi inkişafı üçün stimul olacaq, mobillik üçün daha geniş imkanlar verəcək”.

Bundan əlavə, sazişin ratifikasiyası və qüvvəyə minməsi ilə Ermənistanın aviasiya sektorunun inkişafı üçün yeni imkanlar yaranacaq, Ermənistan vətəndaşlarının Avropa ölkələri ilə əlaqəsi asanlaşdırılacaq, həmçinin, Ermənistanın aviasiya sahəsində əməkdaşlığı daha da genişləndiriləcək.

Daha çox göstər
Back to top button