BaşlıcaMədəniyyət

Ən gözəl insanlar buradadır: STARMUS-un qonaqları Ermənistan haqqında

STARMUS VI festivalı çərçivəsində Ermənistana gələn alimlər və qonaqlar bu ölkənin mədəniyyəti, tarixi, dadlı yeməklərinə  heyran olublar.

 “Apollon-16” missiyasının iştirakçısı olan astronavt Çarli Dyuk birincidən başqa bütün STARMUS-da iştirak etdiyini bildirib.

“Bu dəfə mən həyat yoldaşımla birlikdə Ermənistandayam və bu xalqın qonaqpərvərliyindən zövq almaq, eləcə də bu ölkənin zəngin tarixi və mədəniyyət   irsini kəşf etmək mənim üçün böyük şərəfdir”- deyə o, qeyd edib.

Fusion elm və texnologiya mütəxəssisi və tədqiqatçı Toni Don Ermənistanda STARMUSI zamanı aparılan müzakirələrdən heyrətlənibdir.

“İstər alimlə, istərsə də birbaşa iştirakçı ilə ünsiyyətdə olmağınızdan asılı olmayaraq, hamı suallara, cavablara və müzakirələrə açıqdır.

Mən ilk dəfədir Ermənistandayam və xüsusi olaraq qeyd etmək istərdim ki, burada ən gözəl insanlar, ən gözəl yeməklər var. Mən Ermənistana o qədər aşiq oldum ki, ümid edirəm ki, gələn il də Ermənistana səfər edə biləcəyəm” – deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button