Başlıcaİctimaiyyət

Azərbaycanda müharibə iştirakçıları etiraz aksiyası keçirib

44 günlük müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib. Onlar “müharibə iştirakçısı” statusunun verilməməsindən şikayətçidirlər, “Turan” agentliyi məlumat yayıb.

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar. Etirazçılar Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə müraciət etdiklərini bildirib.

Aksiya insidentsiz başa çatıb, aksiya iştirakçılarından 5 nəfər Müdafiə Nazirliyinə qəbula dəvət olunub. 

“Müharibə  veteranı” adının verilməsi ilə bağlı müraciətlərə cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki,təqdim edilmiş sənədlər və daxil olmuş müraciətlər araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. 

Daha çox göstər
Back to top button