BaşlıcaSiyasət

Rusiya və Gürcüstan vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayan ölkələr

Ermənistanda səfirliyi olmayan 32 ölkə Moskva, 3 ölkə isə Gürcüstan vasitəsilə diplomatik əlaqələr saxlayır. Bu barədə Ermənistan XİN-dən “Radar Ermənistan”ın sorğusuna cavab olaraq məlumat verilib.

Avstriya, Belçika, İspaniya, Kanada, Kipr, Portuqaliya, Özbəkistan, eləcə də bir sıra Afrika dövlətləri Ermənistanda səfirliyi olmayan və Moskvadan diplomatik fəaliyyət göstərən ölkələr siyahısındadır.

Estoniya, Latviya və Norveç Tbilisidən Ermənistanla diplomatik əlaqələr saxlayırlar.

Xatırladaq ki, son dörd ildə, 2018-2022-ci illərdə Ermənistanda beş səfirlik açılıb.

Daha çox göstər
Back to top button