
ABŞ bütün region ölkələrini, o cümlədən Rusiyanı eskalasiyanın qarşısını almaq üçün Ermənistan və Azərbaycana öz təsirindən istifadə etməyə çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı bildirib.
“Biz bütün region ölkələrini öz təsir imkanlarından konstruktiv istifadə etməyə çağırmışıq. Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların və ya birbaşa zorakılığın artması Rusiyanın maraqlarına uyğun deyil. Bununla heç kim maraqlanmır. Şübhə yoxdur ki, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana ciddi təsiri var. Biz Rusiyanı bu təsirdən hərbi əməliyyatların dayandırılmasına və daha geniş kontekstdə bu gərginliyin deeskalasiyasına kömək edəcək şəkildə istifadə etməyə çağırmışıq və çağırırıq”, – deyə Prays bildirib.







